Bleaching (Dişlərin bəyazladılması)
Bleaching, dişlərin rəngini bəyazlatmaq üçün istifadə olunan bir kozmetik diş müalicə metodudur. Bu metod, dişin səthindəki lekələri, sararmaları və ya rənglənmələri aradan qaldırmaq məqsədi ilə tətbiq olunur. Bleaching prosesi, diş həkiminin nəzarətində olduğu kimi evdə şəraitində də istifadə edilən xüsusi vasitələrlə də həyata keçirilə bilər. Stomatoloji klinikada həyata keçirilən bleaching prosesi əsasən daha sürətli nəticələr verir, amma evdə istifadə edilən vasitələr daha məqbul qiymətlidir.

Zoom texniki isə, dişlərin ağartılmasında istifadə olunan xüsusi bir prosesdir. Bu metodda, xüsusi bir jell dişlərə tətbiq edilir və sonra bir ultraviyole işıq mənbəsi ilə aktivasiya həyata keçirilir. Bu proses, dişlərin daha sürətli və effektiv bir şəkildə ağardılmasını təmin edir. Bleaching prosesindən öncə diş hekimi dişlərin rəngini və vəziyyətini qiymətləndirir və uyğun bleaching metodunu müəyyənləşdirir. Prosedura başlamadan öncəki mərhələdə dişlər ərp və daşlardan təmizlənir. Əksər hallarda bleaching proseduru daş və ərplər təmizləndikdən bir neçə gün sonra icra edilir. Bleaching proseduru fərqli vasitələrlə icra edilə bilir. Bu vasitələrin bəzilərində diş əti izolyasiya edildikdən sonra bəyazlatıcı gel dişlərin üzərinə tətbiq edilir və təlimata uyğun olaraq gözlənilir. Bəzi vasitələrin aktivləşməsi üçün isə işıq mənbəyindən istifadə olunur (məsələn: Zoom texnikasında, ultraviyole işıq mənbəyi ilə aktivasiya təmin olunur). Bəyazlatma adətən bir neçə seansda tətbiq edilir. Bunu müəyyənləşdirərkən istehsalçının təlimatına əməl edilməsi vacibdir. Prosedur bitdikdən sonra nəticə dəyərləndirilir.

Bleaching dişlərinin rəngindən məmnun olmayan və daha bəyaz dişlərə sahib olmaq istəyənlər üçün olduqca effektiv bir həll yoludur. Sadəcə olaraq bu prosedurlarda pasiyent seleksiyasının doğru aparılması olduqca önəmlidir. Nəzərə almaq lazımdır ki bəzi durumlarda bu metod problemin həlli üçün yetərsiz ola bilər. Amma bu metod əksər hallarda müxtəlif səbəblərlə yaranan diş rəngindəki dəyişiklikləri aradan qaldırmaq üçün effektiv bir seçim hesab edilə bilər.


Nəticə olaraq, bleaching, dişlərin rəngini açmaq və daha parlaq bir gülüş əldə etmək üçün geniş istifadə olunan güvənilir bir metoddur. Həm klinika şəraitində, həm də evdə istifadə olunan vasitələrlə asanlıqla istənilən nəticə əldə oluna bilər və bu əksər hallarda minimal yan təsirlərə malikdir. Lakin, doğru tətbiq və uyğun diş qayğısının təmin edilməsi vacibdir. Beləliklə, xəstələr istədikləri bəyaz gülüşə sahib ola bilərlər.



