İnlay və Onlay
İnley və onley diş həkimliyində diş bərpası məqsədilə geniş tətbiq edilən konstruksiyalardırlar. Bu metodlar, dişlərdəki çürük, qırıq və ya digər səbəbdən itirilmiş diş hissələrinin bərpasında istifadə olunur və dişin təbii görünüşünü və funksiyasını bərpa etməyə kömək edir.

İnley və onleylər adətən keramika, kompozit materiallar və ya qızıl kimi dayanıqlı materiallardan hazırlanırlar. Estetiklik nöqteyi nəzərindən daha üstün sayıldığına görə daha çox keramik və ya kompozitə üstünlük verilir. Qızıl möhkəmlik və uzunmüddətlilik baxımından etibarlı olsa da estetik tələbata tam da cavab vermir. Bu konstruksiyalar dişin çürük və ya zədəli bölməsini əhatə edərək həmin hissəni əvəz edir və beləliklə dişi gücləndirir və qoruyurlar. İnleylər daha çox dişlərin çeynəmə səthindəki qüsurların bərpasında istifadə olunan nisbətən kiçik sahəni əhatə edən konstruksiyalardır. Onleylər isə dişlərin tək çeynəmə səthi yox eyni zamanda ətraf toxumalarında zədələnməsi durumunda daha geniş bir sahənin bərpasında tətbiq edilirlər.


Bu müalicələr, diş həkimləri tərəfindən xüsusi ölçülər alınaraq laborator şəraitdə hazırlanır və daha sonra dişə yapışdırılır. İnley və onleylər, dişlərin təbii rənginə uyğun olaraq rəngləndirilə bildiklərindən, estetik baxımdan da dəyərli hesab edilirlər.

İnley və onleylər, dişlərdəki böyük çürüklərin və ya zərərlərin müalicəsində effektiv bir seçim ola bilər. Bundan başqa, dişlərdəki bərpalar üçün daha uzunömürlü bir həll təklif edirlər. Amma, hər bir xəstə və vəziyyət fərqlidir, buna görə də uyğun müalicənin hansı olduğunu müəyyənləşdirmək üçün diş həkimi ilə danışmaq vacibdir.



