23.03.2024

Mini və qısa dental implantlar

Mini dental implantlar, diş həkimliyində diş əksikliyi müalicəsində istifadə olunan incə diametrli implantlardır. Ənənəvi implantlardan daha kiçik ölçüləri olan bu implantlar, adətən dar və ya məhdud sahələrdə diş əksikliyi halında istifadə olunur. Bu implantlar, ənənəvi implantlara nisbətən daha az invaziv cərrahi tələb etdikləri üçün daha az rahatsızlıq və daha sürətli bərpa dövrləri ilə müşaiyət olunurlar. Mini dental implantlar, diş əksikliyi olan xəstələr üçün effektiv bir həll ola bilər və daha geniş implant tətbiqlərinə nisbətən daha az invazivdir. Lakin, hər bir xəstə üçün uyğun olmaya bilərlər, bu səbəbdən cərrah-implantoloq məsləhəti olduqca vacibdir.

                                                         Ənənəvi implant və mini implantın müqayisəsi

Xüsusilə irəli dərəcə vertikal sümük əksiklikliyi olan durumlarda normal ölçülü diş implantlarının tətbiqi üst çənə arxa bölgələrdə haymor boşluğu dibinin perforasiyasına (deşilməsinə), alt çənə arxa bölgədə isə çənə sinirinin zədələnməsinə səbəb ola bilər. Belə durumlarda normal ölçülü implantların tətbiqi üçün öncə sümük köçürməsi icra edilərək sümük hündürlüyü yetərli səviyyəyə çatdırılmalı daha sonra isə implantasiya icra edilməlidir. Bu isə daha uzun müalicə müddəti, daha yüksək maliyyət və daha böyük bir və ya bir neçə cərrahi prosedurla həyata keçirilir. Qısa implantlar məhz belə durumlarda həm cərrah-implantoloqlar həm də pasiyentlər üçün çox yaxşı bir müalicə alternativi ola bilər. İcra olunduqda belə dişsiz bölgəyə müvafiq implant sayıının, pozisiyasının və sonrakı mərhələdə hazırlanacaq diş növünün də nəzərə alınması uğurlu nəticə üçün olduqca əhəmiyyətlidir.

                                                                            Qısa implantların sxematik və rentgenoloji görünüşü

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.az saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.