Sedasiya və narkoz altında stomatoloji/cərrahi müalicə
Sedasiya və intubasiya, diş müalicəsi və cərrahiyəsi zamanı istifadə olunan əhəmiyyətli texnikalardır. Sedasiya, xəstənin rahatlaması və stresin azaldılması üçün tətbiq olunan bir metoddur. Bu metod, xəstənin şübhə və ya qorxu səbəbi ilə müalicəyə rezistentlik göstərməsinə görə xüsusilə vacibdir. Bu, həm xəstənin, həm də diş həkiminin işini asanlaşdırır və müalicə prosesini daha effektiv hala gətirir. Sedasiya, ümumiyyətlə ağız yolu ilə alınan dərmanlar və ya tənəffüs yolu ilə verilən qazlar şəklində tətbiq olunur. Sedasiya zamanı pasiyentin tənəffüs sistemi sərbəst şəkildə fəaliyyət göstərir və nəfəs borusuna tənəffüsü nəzarətdə saxlamaq məqsədilə boru tətbiq edilmir.

Intubasiya isə, ümumi anesteziya altındakı xəstələrin tənəffüsünü təmin etmək üçün istifadə olunan bir metoddur. Bu prosedur zamanı pasiyentin tənəffüs sistemi sərbəst fəaliyyət göstərmir, xəstənin ağzı və ya burnu vasitəsilə yerləşdirilmiş bir boru vasitəsilə tənəffüs dəstəyi təmin olunur. Uzun və kompleks prosedurlar kimi diş cerrahiyəsi zamanı, xəstənin tənəffüsünün nəzarət altında saxlanılması əhəmiyyətlidir. Bu səbəbdən, intubasiya, həm xəstə təhlükəsizliyi, həm də sağlamlığı üçün kritik bir rol oynayır və daha təhlükəsiz bir metod kimi qəbul edilir.

Sedasiya və intubasiya, diş müalicəsi və cerrahiyəsi zamanı xəstə rahatlığını və təhlükəsizliyini artıran vacib texnikalardır. Bu metodlar, xəstələrin müalicə prosesini asanlaşdırır və diş həkimlərinə daha effektiv iş şəraiti təmin edir. Lakin, bu texnikaların tətbiqi üzrə uzmanlıq tələb olunur və xəstənin mövcud sağlamlıq durumu, keçirmiş olduğu xəstəliklər, qəbul etdiyi dərmanlar və vəziyyəti nəzərə alınaraq həyata keçirilməlidir. Bu metodlar yalnız mütəxəssis anestezioloqlar tərəfindən həyata keçirilən prosedurlardır və prosedur icra edilməzdən öncə mütləq anestezioloji konsultasiya və xəstə dəyərləndirilməsi aparıldıqdan sonra həkim-anestezioloq tərəfindən aparıla bilər. Bu məqalə ümumi məlumat xarakterlidir, ümumi anesteziya haqqında ətraflı məlumat, yarana biləcək risklər, prosedur öncəsi və sonrası təlimat və s. haqqında cavabdeh anestezioloqla ətraflı müzakirə aparmaq və məlumatlanmaq olduqca vacibdir .



