Estetik qapaq
Qapaq, dişin karies, travmatik zədələnmə və ya digər səbəbdən zədələnməsi və kompozitlə bərpa edilə bilməyən durumlarda bərpa edilməsi üçün və ya estetik olaraq xoş olmayan görünüşünü düzeltmek üçün istifadə edilən bir müalicə vasitəsidir. Bu üsulda, dişin xarici hissəsinə xüsusi olaraq hazırlanmış bir örtük xüsusi yapışdırıcı ilə fiksasiya edilir bu dişin görünüşü və funksiyası bərpa edilir.


Günümüzdə qapaq, adətən zirkon və ya keramik kimi davamlı və estetik materiallardan hazırlanır. Lakin bunlarla yanaşı qızıl, metal dəstəkli keramik qapaqlar da xüsusi hallarda tətbiq edilir. Qapaq hazırlanarkən əsas tələb estetik olaraq uyumluluq, mexaniki olaraq davamlılıq və istər ağız boşluğu istərsə də orqanizm üçün hər hansı bir zərərli xüsusiyyətin olmamasıdır. Bununla yanaşı qapaq üçün hazırlanan dişin düzgün yonumu, qapağın laborator mərhələdə doğru hazırlanması və qapağın diş üzərinə qüsursuz uyumluluq göstərməsi və bu şəkildə fiksasiya edilməsi də olduqca önəmlidir.


Qapaq hazırlanma prosesi hazırlanan qapağın növündən və sayından asılı olaraq bir gündən bir neçə günə qədər davam edə bilər. Seçilən hazırlanma metodundan və qapaq sayından və materialdan asılı olaraqdətən bir və ya bir neçə ziyarətdə tamamlanır. İlk olaraq, diş həkimi qapaq hazırlanacaq dişi qapağa hazırlayır, yonum icra edir. Daha sonra, ölçülər alınaraq laboratoriyada xüsusi olaraq hazırlanmış qapaq halına gətirilir. Son ziyarətdə, qapaq dişe daimi olaraq yerləşdirilir və yapışdırılır.


Qapaq, müxtəlif diş problemlərini aradan qaldırmaq üçün önəmli bir vasitədir. Bu problemlərə çürüklər, qırıqlar, aşınmış dişlər, rənglənmiş dişlər və s. aid edilə bilər. Qapaq sayəsində, bu cür problemlər düzəldilə bilər və pasiyentin gülüşü yeniden sağlam və estetik bir görünüşə qovuşa bilər.

Qapaqlar eyni zamanda tək diş əksikliyi olan pasiyentlərdə diş implantları yerləşdirildikdən sonrakı mərhələdə onların üzərinə də hazırlanır. Bu qapaqlar material və hazırlanma texnikası olaraq diş üzərinə hazırlanan qapaqlarla eynidirlər. Başlıca fərqləri implant üstünə hazırlanan qapaqların yonulmuş diş yox abatment üzərinə fiksə edilməsidir. Qapağın implanta fiksasiya metodu olaraq isə vintli və sementli fiksasiya mövcuddur. Bunların hər birinin müsbət və mənfi özəllikləri vardır və uyğun vəziyyətdə ən optimal olanının seçilməsi məqsədəuyğun hesab edilir.

Nəticə olaraq, qapaq, zədələnmiş və ya estetik olaraq xoş olmayan dişlərin müalicəsində təsirli və etibarlı bir seçimdir. Doğru bir şəkildə həyata keçirildiyində, pasiyentlərin gülüşlərini yaxşılaşdıran təbii bir görünüş təmin edir. Ancaq, mütəxəssis bir diş həkimi tərəfindən tətbiqi və müntəzəm olaraq baxımının aparılması vacibdir. Bu şəkildə, pasiyentlər uzun müddətli və məmnuniyət verici nəticələr əldə edə bilərlər.



