Parodontoloji regenerativ cərrahiyyə
Parodontoloji regenerativ cərrahiyyə dişləri dəstəkləyən sərt və yumuşaq toxumaların bərpasını və uzunmüddətli sağlamlığını təmin etmək məqsədilə həyata keçirilən cərrahi müalicə prosedurlarıdır.
Parodontit iltihabi-degenerativ (dağıdıcı) bir proses olub vaxtında və səmərəli müalicə edilmədikdə dişətrafı sərt və yumuşaq toxumalarda geriyə dönməyən qüsurlara səbəb olur. Bu qüsurlar pasiyent üçün həm estetik həm də funksional çatışmazlıqları özü ilə birlikdə gətirir.
Bu zaman parodontit tam şəkildə müalicə olunsa belə meydana çıxmış bu qüsurlar yalnız bərpaedici cərrahi metodlarla ortadan qaldırıla bilir. Bu zaman pasiyentin öz donor bölgələrindən götürülmüş sərbəst qreftlər, o cümlədən də yumuşaq və sərt toxumaəvəzedici vasitələr, membranlar, həmçinin bərpaedici xassəyə malik proteinlər uğurla tətbiq edilir. Bu prosedurlar defektin növünə, miqyasına, hansı toxumalara siraət etmə xüsusiyyətlərinə görə müvafiq olaraq müvafiq qaydada aparılır.









